Avropa Şurasının müqavilələrindən çıxmaq Rusiyada hüquqlara heç bir təsir göstərməyəcək - ÖZƏL

"Rusiyanın Avropa Şurası çərçivəsində razılaşmalardan çıxması Rusiyanın insan hüquqlarının müdafiəsi sisteminə heç bir təsiri olmayacaq".
Olaylar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.
"Bu mövzu ətrafında təkcə əsassız narahatlıqlar deyil, həm də bədniyyətli spekulyasiyalar yaranır. Əslində, biz ölkəmizin insan hüquqlarının müdafiəsi sistemi üçün ciddi nəticələr gözləmirik", - nazir müavini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31