ABŞ Kiyevi uzaqmənzilli raketlərlə nə zaman təmin edəcək- ÖZƏL
3 Fevral 2023 12:44 DünyaOlaylar.az xəbər verir ki, Amerikanın Bloomberg nəşri ABŞ-ın yeni hərbi yardım paketi çərçivəsində Ukrayna Silahlı Qüvvələrinə uzaqmənzilli GLSDB mərmilərinin partiyasını təhvil verməyi planlaşdırdığını bildirib. Raketlər iki cihazı birləşdirərək 150 km-ə qədər mənzilli hibrid silah yaratmaq üçün istifadə edilə bilər. Agentliyin məlumatına görə, mərmiləri ABŞ Hərbi Hava Qüvvələri Boeing-dən alacaq.
Nəşrin məlumatına görə, yeni tipli mərmilərin Vaşinqtona təhvil verilməsi təxminən doqquz aya yaxın vaxt aparacaq. WSJ xəbər verib ki, ABŞ fevralın 3-də Kiyev hakimiyyətinə yeni hərbi yardım paketini elan edəcək. Onun tərkibinə Claymore piyada əleyhinə minaları, Excalibur mərmiləri və Patriot raketdən müdafiə sistemləri üçün dəstək avadanlığının daxil olacağı gözlənilir.