"Əsas vəzifəmiz Rusiyanın inkişafı və güclənməsidir" - Putin

Rusiyanın başlıca vəzifəsi ölkənin qorunması, inkişafı və möhkəmlənməsi üçün şərtlərin təmin edilməsindən ibarətdir.

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin deyib.

"Bizim əsas vəzifəmiz Rusiyanın qorunub saxlanmasını təmin etmək, onun mütərəqqi inkişafı, güclənməsi üçün şərait yaratmaqdır", - Kreml rəhbəri bildirib.

Putin tapşırıqların yerinə yetiriləcəyini bildirib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31