"Hava limanları şəbəkəsi Türkiyənin 81 vilayətindən 57-ni əhatə edib" - Rəcəb Tayyib Ərdoğan

Ədalət və İnkişaf Partiyasının (AKP) hakimiyyətinin iyirmi ili ərzində Türkiyədə nəqliyyat və informasiya sahəsinin inkişafına ümumilikdə 200 milyard dollar investisiya qoyulub. Bu investisiyalar Türkiyəni dünyanın siyasi və iqtisadi arenasında aparıcı dövlətlərdən biri olmaq hədəfinə yaxınlaşdırır.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, bunu cümə axşamı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afyon-Şuhut avtomobil yolunun açılış mərasiminin iştirakçılarına müraciətində deyib.

Onun sözlərinə görə, Türkiyə hökuməti bu istiqamətdə yeni təşəbbüslər hazırlayır.

Türkiyə lideri Avropa ilə Asiya arasında əlaqəyə töhfə verən infrastruktur sahəsində meqa-layihələrin həyata keçirilməsinə diqqət çəkib. R.T.Ərdoğan bu layihələr arasında Yavuz Sultan Səlim və "Çanaqqala-2015"in asma körpülərini önə çəkib.

Onun sözlərinə görə, hökumətin məqsədi ölkənin hər bir guşəsi ilə nəqliyyat əlaqəsini mümkün qədər sadələşdirməkdir. "Sürücülər artıq yüksək dağ yollarından və dərin dərələrdən qorxmurlar. Çoxsaylı tunellər və körpülər sayəsində problem öz həllini tapıb", - deyə R.T.Ərdoğan bildirib.

R.T.Ərdoğan xatırladıb ki, son onilliklərdə Türkiyədə 23 min km-ə yaxın yeni yol çəkilib. "Biz bu rəqəmi 29 min km-ə çatdırmağı planlaşdırırıq. Eyni zamanda, hava limanları şəbəkəsi Türkiyənin 81 vilayətindən 57-ni əhatə edib", - deyə Türkiyə Prezidenti bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31