Hindistan Rusiya ilə əməkdaşlığı davam etdirmək niyyətindədir- ÖZƏL
2 Fevral 2023 16:16 DünyaOlaylar.az xəbər verir ki, Hindistanın Moskvadakı səfiri Pavan Kapur bildirib ki, Hindistan hakimiyyəti Rusiya ilə əməkdaşlığı yüksək səviyyədə saxlamaqda qərarlıdır. Onun sözlərinə görə, tərəflər 2022-ci ildə də təmaslarını dayandırmayıb. "Biz Rusiya ilə yüksək səviyyədə qarşılıqlı əlaqə saxlamaqda qərarlıyıq. Çətinliklərə baxmayaraq, biz keçən il ərzində əlaqələri davam etdirə bildik" deyə Kapur bildirib. Hindistan səfirinin qeyd etdiyi kimi, 2023-cü ildə nazirlər səviyyəsində bir sıra ikitərəfli təmaslar planlaşdırılır. O, həmçinin əlavə edib ki, Yeni Dehli Hindistan tərəfinin G20-yə sədrliyi fonunda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun səfərini səbirsizliklə gözləyir. "Həmçinin qeyd etməliyəm ki, biz keçən il BMT Təhlükəsizlik Şurasında rusiyalı dostlarımızla kifayət qədər sıx əməkdaşlıq etdik və bunu davam etdirməyi səbirsizliklə gözləyirik".