"Fransa prezidentinin sözləri absurddur" - Zaxarova

"Fransa prezidenti Emmanuel Makronun "Ukraynaya mümkün hərbi təyyarələrin tədarükü eskalasiyaya səbəb olmayacaq" sözləri absurddur".

Olaylar.az APA-ya istinadən bildirir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

"Fransa prezidenti həqiqətən əmindirmi ki, Kiyev rejiminə döyüş əməliyyatları üçün silah, ağır silahlar və təyyarələr verilsə, bu vəziyyətin gərginləşməsinə səbəb olmayacaq? Mən belə bir məntiqin yetkin adamda ola biləcəyinə inanmaqdan imtina edirəm", - Rusiya XİN sözçüsü vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31