ABŞ-ın neft ehtiyatları həftə ərzində 4,1 milyon barel artıb

ABŞ-da kommersiya neft ehtiyatları həftə ərzində 4,1 milyon barel artaraq yanvarın 27-nə 452,7 milyon barel təşkil edib.

Olaylar.az trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Energetika Nazirliyi bildirib.

Nazirlik qeyd edib ki, cari ehtiyatlar həcmi ilin bu dövrü üçün son beş ilin orta göstəricisindən təxminən 4 faiz yüksəkdir.

Saat 20:15 (GMT+4) üçün olan məlumata görə, Londonun "ICE" birjasında "Brent" markalı neftin aprel fyuçerslərinin qiyməti 1,21% ucuzlaşaraq bir barelə görə 84,43 dollar təşkil edir, WTI markalı neftin mart fyuçerslərinin qiyməti qiyməti isə 78,18 dollar/barelə enib (-0,87%).

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31