Terror təhlükəsinə görə İstanbuldakı bu konsulluqlar işini dayandırıb- ÖZƏL
1 Fevral 2023 14:41 DünyaOlaylar.az xəbər verir ki, Böyük Britaniya, Hollandiya və Almaniyanın İstanbuldakı konsulluqları şəhərin mərkəzində terror aktları təhlükəsi ilə əlaqədar ziyarətçilərin qəbulunu dayandırıb. Bu barədə RİA Novosti məlumat yayıb.
Agentlikdən verilən məlumata görə, mərkəzi Beyoğlu rayonu, piyadalar üçün İstiqlal küçəsində yerləşən Hollandiya Baş Konsulluğunun xidmətləri onlayn rejimdə həyata keçiriləcək. Britaniya diplomatik missiyasının bəyanatında deyilir: "Böyük Britaniya Baş Konsulluğu ehtiyat tədbiri olaraq hazırda ictimaiyyət üçün bağlıdır". Almaniyanın Baş Konsulluğu da fevralın 1-də işini dayandırıb. Bütün viza və pasport məsələləri müvəqqəti olaraq dayandırılıb.
Bundan əvvəl Amerika Birləşmiş Ştatlarının səfirliyi bazar ertəsi, yanvarın 30-da İstanbulun mərkəzində terror aktları təhlükəsi ilə bağlı həmvətənlərinə xəbərdarlıq edib.