İngilis dili müəlliməsi həbs edildi - Şagirdlərinə qarşı cinsi zorakılıq edirmiş...

 

İstanbulun özəl məktəblərindən birində dərs deyən ingilis dili müəlliməsi həbs edilib.

Olaylar.az 32gun.az-a istinadən xəbər verir ki, onun 4 şagirdinə qarşı cinsi zorakılıq etdiyi iddia olunub.

Belə ki, cinsi zorakılığa məruz qalan məktəblilər müəllimələri barədə şikayətçi olublar. Bunun ardınca ingilis dili müəlliməsi 42 ilə qədər həbs tələbi ilə hakim qarşısına çıxarılıb.

Müəllimə bu iddia ilə razılaşmayıb. O, şagirdlərinə qarşı belə düşüncə də olmadığını bildirib. Lakin zərərçəkən şəxslərin izahatlarından sonra, məhkəmə təxirə salınıb. Qərara əsasən, onun barəsində həbs-qətimkan tədbirinin davam etdirilməsi müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31