ABŞ Ukraynanı 2 milyard dollar dəyərində artilleriya ilə təchiz edəcək- ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ prezident administrasiyası 2 milyard dollarlıq yeni hərbi yardım paketi ilə Ukraynaya daha uzun mənzilli artilleriya və döyüş sursatları verə bilər. Bu barədə Bloomberg məlumat yayıb. Yeni yardıma artilleriya qurğuları və mərmilər daxil olacaq. İlkin məlumatlara görə, Kiyevə yardım paketində uzaqmənzilli raketlərin tədarükü nəzərdə tutulmur. Nəşrin yazdığına görə, son günlər ABŞ və Almaniya Ukrayna tərəfinə döyüş tankları verməkdən imtina siyasətindən uzaqlaşıblar. Ukraynaya gələcək silah tədarükünün digər təfərrüatları indi verilmir, məlumat rəsmi olaraq təsdiqlənməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31