Aleyna Tilki bu dəfə pijamayla restorana gəldi - FOTO

Türkiyəli müğənni Aleyna Tilki geyimi ilə müzakirələr yaradıb.

Olaylar.az xəbər verir ki, cəsur geyimləri ilə yanaşı səsi ilə də adından söz etdirən müğənni Aleyna Tilki ötən axşam Bebek-də görüntülənib.

Aleyna Tilkini pijamada görənlər heyrətlərini gizlədə bilməyiblər. Jurnalistlərin suallarını cavablandıran Tilki "Səs tellərim sağaldı, amma ödem olduğu üçün bir müddət mahnı oxumamalıyam. 1 aydan sonra səhnəyə qayıdacağam" deyib.

Pijamalı geyimini soruşan jurnalistlərə "Səhər qalxanda pijamalarımı çıxarmaq istəmədim. Bütün günü bunlarla gəzəcəm, deyib, axşam oldu. Çox rahatam".

BakuPost

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31