Koronavirus peyvəndinə görə təzminat ÖDƏNİLƏCƏK

Koronavirusa qarşı vaksinlərin yaratdığı yan təsirlərə görə Almaniyada 253 nəfər təzminat alacaq.

Olaylar.az "Medicina"ya istinadən xəbər verir ki, Almaniyada koronavirusa qarşı vaksinlərin yaratdığı ağır yan təsirlərə görə edilən təzminat müraciətlərindən 253-ün haqqında müsbət qərar verilib.

Bildirilir ki, hələ minlərlə ərizə isə öz təsdiqini gözləyir.

Xəstələrdə peyvənddən sonra ürək-damar əzələlərinin iltihabı, dərin vena trombozu və bir sıra nevroloji xəstəliklər müşahidə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31