Tacikistan Qırğızıstanın sülh danışıqları təklifini qəbul etməyib

Olaylar.az xəbər verir ki, Tacikistanla Qırğızıstan arasında vəziyyət gərgin olaraq qalır. Problem ilə bağlı Tacikistanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi Qırğızıstanın iki ölkə sərhədində vəziyyətlə bağlı sülh danışıqları təklifini qəbul etmədiyini bildirib. "Tacikistanın Qırğızıstanla dövlət sərhədinin bütün istiqamətlərində silahlı münaqişələr davam edir"-deyə dövlət komitəsi qeyd edib. Agentliyin məlumatına görə, Tacikistanın təhlükəsizlik qüvvələri yerli vaxtla saat 06.30 və 07.30-da atəşi dayandırıb, Qırğızıstan tərəfinə danışıqlara başlamağı təklif edib.Lakin Qırğızıstanın hərbi qulluqçuları bu təkliflərə məhəl qoymayıblar. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31