Valideynlərindən pul almaq üçün öz oğurlanmasını təşkil etdi
14 İyul 2022 11:20 DünyaNigeriyanın Abeokuta şəhərinin sakini girov olaraq valideynlərindən külli miqdarda pul almaq üçün öz oğurlanmasını təşkil edib.
29 yaşlı Şoqun Mafimidovo dostları ilə razılaşaraq, silahlı cinayətkarlar tərəfindən qaçırıldığını bəhanə edərək valideynlərindən 8 milyon Nigeriya nayrı tələb edib.
O, valideynlərinə əlləri bağlı halda saxta fotoşəkillərini göndərib.
Dostları Mafimidovonun ailəsinə pulu köçürməli olduqları hesab nömrəsini göndəriblər. Lakin polis texniki araşdırma aparıb, nigeriyalının özünü və dostlarını tapıb.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31