Okeanın ortasında infarkt keçirən balıqçı üçün helikopter göndərildi - VİDEO

Olaylar.az Oxu.az-a istinadən xəbər verir ki, "İHA"-nın məlumatına görə, Argentinanın Puerto Roson liman şəhərindən 240 kilometr uzaqlıqda okean sularında balıq tutmağa yollanan şəxs infarkt keçirib.

Xilasedicilər gəmi kapitanının çağırışı ilə helikopterlə hadisə yerinə yollanaraq 47 yaşlı kişini xüsusi xərəklə gəmidən götürüb, xəstəxanaya çatdırıblar.

Həkimlər balıqçının vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31