Cənubi Afrika sakini iki dəqiqə ərzində likör şüşəsini boşaltdı və öldü
14 İyul 2022 10:16 DünyaCənubi Afrika sakini iki dəqiqə ərzində bütöv bir şüşə "Jägermeister" likörünü başına çəkdikdən sonra ölüb.
Olaylar.az Oxu.az- istinadən xəbər verir ki, "Gazeta.ru"-nun məlumatına görə, kişi barların birində keçirilən içki yarışında iştirak edib. Şüşəni bitirdikdən sonra dərhal huşunu itirib və təcili olaraq xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb, xəstə özünə gəlmədən dünyasını dəyişib.
Yerli polis hadisədən xəbərdar olduğunu və məsələnin araşdırıldığını bildirib. İlkin məlumata görə, həmin şəxs əsas mükafat olan 11 min dollar nağd pul uğrunda mübarizə aparırmış.
Hazırda kiminsə məsuliyyətə cəlb edilib-edilməyəcəyi barədə məlumat verilmir.
Səhiyyə mütəxəssisləri qısa müddət ərzində böyük miqdarda spirtli içki qəbul etməyin mümkün fəsadları barədə bir daha xəbərdarlıq ediblər.