"Bir həftə ərzində koronavirusa yoluxma hallarının sayı 6 faiz artıb" - Ümumdünya Səhiyyə Təşkilatı

Son bir həftə ərzində dünyada 5,7 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 10 minə yaxın insan isə koronavirusdan ölüb.

Olaylar.az bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülletenində deyilir.

Məlumata əsasən, daha öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 6 faiz artıb, ölüm hallarının sayı isə 2 faiz azalıb.

"İyulun 4-dən 10-dək koronavirusa 5 776 242 nəfər yoluxub, 9 872 nəfər isə koronavirusdan ölüb. Bir öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 6 faiz artıb, ölüm hallarının sayı isə 2 faiz azalıb", - deyə bülletendə bildirilir.

Qeyd edək ki, iyulun 12-si üçün koronavirusa yoluxanların sayı 554 290 112 nəfərə, ölənlərin sayı isə 6 351 801 nəfərə çatıb.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31