"Helikopterləri Datçada istifadə edəcəyik" - Türkiyənin kənd və meşə təsərrüfatı naziri

Türkiyənin kənd və meşə təsərrüfatı naziri Vahit Kirişçi Muğla vilayətinin Datça bölgəsində baş verən yanğınla bağlı açıqlama verib.

Olaylar.az "qafqazinfo"ya istinadən xəbər verir ki, nazir açıqlamasında Aydın, Dənizli və Manisadan gücləndirmə qruplarının Datçaya göndərildiyini bildirib.

"Gecəgörmə qabiliyyətinə malik helikopterləri Datçada istifadə edəcəyik",- deyə nazir qeyd edib.

Ehtiyat tədbiri olaraq bəzi evlər boşaldılıb.

Bölgədə əsən güclü küləyin komandaların işini çətinləşdirdiyi deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31