"Ukrayna taxılının ixracı üzrə koordinasiya mərkəzi yaradılacaq" - Hulusi Akar

Ukrayna, Rusiya, Türkiyə və BMT nümayəndə heyətlərinin iştirakı ilə İstanbulda keçirilən dördtərəfli görüşdə Ukrayna taxılının ixracı üzrə koordinasiya mərkəzinin yaradılması ilə bağlı razılıq əldə olunub.

Olaylar.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar deyib.

"Müsbət və konstruktiv atmosferdə keçən görüş nəticəsində İstanbulda bütün tərəflərin nümayəndələrinin iştirak edəcəyi koordinasiya mərkəzinin yaradılması, limanlarda birgə nəzarət və gəmilərin marşrutlarında təhlükəsizlik kimi əsas texniki məsələlər razılaşdırılıb", - deyə H.Akar bildirib.

Onun sözlərinə görə, gələn həftə Rusiya və Ukrayna heyətləri yenidən Türkiyədə bir araya gələcək.

"Gələn həftə keçirəcəyimiz bu görüşdə bütün detallar yenidən nəzərdən keçiriləcək və müvafiq sənəd imzalanacaq", - deyə H.Akar əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31