"Əsas məsələ budur, NATO-ya üzvlük yox" - Stoltenberq
13 İyul 2022 21:35 Dünya"NATO Ukraynanın alyansa daxil olmasına deyil, hərbi yardıma diqqət yetirir".
Olaylar.az "report"a istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
"İndi səylər Ukraynaya öz müstəqilliyini qoruyub saxlamağa kömək etmək üzərində cəmlənib. Hazırda əsas məsələ budur, NATO-ya üzvlük yox", - Stoltenberq deyib.
Alyansın baş katibi hesab edir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi illərlə uzana bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31