Avropa Parlamenti Macarıstanı maliyyədən məhrum etməyə çağırır

Avropa Parlamentinin Vətəndaş Azadlıqları Komitəsi Macarıstanda Avropa İttifaqı (Aİ) dəyərlərinə riayət edilməsi və qanunun aliliyinə dair hesabat layihəsini səs çoxluğu ilə dəstəkləyib.

Olaylar.az xəbər verir ki, layihə ölkədə bütün Avropa dəyərlərinə və qanunun aliliyinə hörmət edilənə qədər Budapeştin maliyyədən məhrum edilməsini, o cümlədən Aİ Ədalət Məhkəməsi və Avropa Məhkəməsinin  qərarlarının icrasını nəzərdə tutur.

Hesabatın Avropa Parlamentinin sentyabrın ortalarında Strasburqda keçiriləcək növbəti plenar sessiyasında təsdiqlənməsi gözlənilir.

Azpost.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31