Türkiyə-Ermənistan sərhədinin minalardan təmizlənməsinə başlanılıb
13 İyul 2022 15:05 DünyaErmənistan və Türkiyə nümayəndələri arasında danışıqlarda ilk plana iqtisadi maraqlar çıxır.
Bu barədə "GazeteKars" yazıb.
Qəzet ilk növbədə söhbətin Türkiyə-Ermənistan arasında Qars vilayətinin Akyaka bölgəsində yerləşən "Doğuqapı" və "Alikan" sərhəd-keçid məntəqələrinin açılmasından getdiyini yazır.
Qeyd olunur ki, Akyaka bölgəsində artıq 20 gündür ki, ərazilər minadan təmizlənir.
APA
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31