“Büdcə kəsirini örtmək üçün Ukraynanın aylıq 9 milyarda ehtiyacı var”- Zelenskinin müşaviri

"Büdcə kəsirini örtmək üçün Ukraynanın aylıq 9 milyard dollar maliyyə yardımına ehtiyacı var".

Olaylar.az xəbər verir ki, bunu Ukrayna prezidentinin müşaviri Oleq Ustenko "Financial Times"a bildirib.

"Yaxın aylarda biz ayda 5 milyard dollar əvəzinə 9 milyard dollar almalıyıq... İstənilən halda sağ qalmağa çalışacağıq. Lakin bu, müttəfiqlərimizin maliyyə dəstəyi olmadan qeyri-mümkündür", - Ustenko deyib.

Qeyd edək ki, əvvəllər Kiyev ehtiyaclarını 5 milyard dollar səviyyəsində qiymətləndirirdi.

Azpost.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31