Hollandiyada ərzaq qiymətlərinin artımı son 50 ilin ən yüksək səviyyəsinə çatıb

Olaylar.az xəbər verir ki,  Hollandiya Statistika İnstitutu, iyun ayında ərzaq qiymətlərinin yüzdə 11 artdığını, bu artımın isə 1976-cı ildən bəri ərzaq qiymətlərindəki ən yüksək nisbət olduğunu açıqlayıb.

Buna görə, iyun ayında 2021-ci ilin eyni ayına görə yüzdə 11 artan ərzaq qiymətləri son 50 ilin ən yüksək səviyyəsinə çatıb.

Artımın ən çox yüzdə 16 ilə ət, yüzdə 14 ilə süd məhsullarında olduğu bildirilən açıqlamada, keçən ildən etibarən qida istehsalçılarının qiymətləri ümumilikdə yüzdə 23 artırdığı qeyd edilib.

Hollandiyada ərzaq qiymətləri Ukrayna-Rusiya müharibəsi başlayandan bəri nəzərəçarpacaq dərəcədə artıb, istehlakçılar üçün qiymətlər çatdırılma çətinliyi səbəbindən getdikcə bahalaşıb.

2022-ci ilin may ayında ərzaq qiymətlərində orta hesabla yuxarı artımların qeyd olunduğu açıqlamaya görə, Hollandiyada ərzaq artımı nisbətləri xüsusilə Şərqi Avropa ölkələrindən AB ölkələrindən geri qalır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31