Rusiya Yaxın Şərqə neft nəqlində rekorda imza atıb

Olaylar.az xəbər verir ki, Rusiya Yaxın Şərq ölkələrini rekord miqdarda dizel yanacağı və digər neft məhsulları ilə təmin edib.

Bu barədə iyulun 13-də " Bloomberg " "Vortexa Ltd" şirkətinin məlumatlarına istinadən məlumat yayıb.

Qeyd olunduğu kimi, tədarükün həcmi fevralın 24-dən durmadan artır və iyun ayına qədər sutkada 155 min barelə çatıb ki, bu da 2016-cı ildən bəri rekord göstəricidir. İyun ayında Avropa tərəfindən Rusiya yanacağının idxalı 30% azalıb.

Məlumata görə, Avropa və ABŞ-da tərk edilmiş Rusiya neft emalı zavodu məhsullarının axını Yaxın Şərq ölkələrinə yönləndirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31