İsrail Ukraynaya yeni yardım paketini təsdiqlədi

İsrail Ukraynaya yeni yardım paketini təsdiqləyib.

Olaylar.az xəbər verir ki, bu barədə "Yediot Ahronot" nəşri məlumat yayıb.

İsrailin müdafiə naziri Benni Qantz Ukraynaya yeni yardım partiyasının - xilasetmə xidmətləri və mülki təşkilatlar üçün avadanlıqların çatdırılmasını təsdiq edib.

Söhbət 1500 dəbilqə, 1500 zireh və 1000 qaz maskasından gedir. Onların yaxın həftələrdə Ukraynaya təhvil veriləcəyi güman edilir.

Bundan əvvəl İsrail artıq Ukraynaya xilasetmə xidmətləri üçün qoruyucu ləvazimatlar, həmçinin su təmizləmə sistemləri, tibbi avadanlıqlar daxil olmaqla 100 ton humanitar yardım bağışlayıb.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31