Avropa İttifaqı Rusiyaya məxsus aktivləri dondurduğunu bəyan etdi

Avropa İttifaqı Rusiyaya məxsus 13,8 milyard avro dəyərində aktivləri dondurduğunu bəyan edib.

Olaylar.az bildirir ki, bunu Avropa komissarı Didye Reynders məlumat yayıb.

O, qeyd edib ki, yalnız Aİ-yə üzv 5 dövlətdə 12 milyard avrodan çox vəsait dondurulub.

Buna baxmayaraq komissar həmin 5 ölkənin adını çəkməkdən imtina edib.

milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31