Yuri Dud uşaqlar arasında homoseksuallığı təbliğ etdiyi üçün cərimələndi
12 İyul 2022 14:04 DünyaRusiyalı jurnalist və "yutuber" Yuri Dud uşaqlar arasında homoseksuallığı təbliğ etməkdə günahkar bilinib.
Olaylar.az Oxu.az-a istinadən xəbər verir ki, "BAZA"-nın məlumatına görə, iyulun 7-də Lefortovo Dünya məhkəməsi jurnalisti İnzibati Xətalar Məcəlləsinin 6.21-ci maddəsinin "Yetkinlik yaşına çatmayanlar arasında qeyri-ənənəvi cinsi münasibətlərin təbliği" maddəsinin ikinci hissəsi ilə təqsirli bilib. Dud 120 min rubl (3,240 AZN) cərimə edilib.
Dudun qeyri-ənənəvi münasibətləri nə vaxt və necə təbliğ etdiyi məlum deyil.
Qeyd edək ki, o, xarici agent kimi də tanınır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31