Rusiyanın raket atəşi nəticəsində Çasov Yarda ölənlərin sayı 30-a çatıb
12 İyul 2022 13:28 DünyaUkraynanın Donetsk vilayətinin Çasov Yar şəhərinə Rusiya ordusunun 2 gün əvvəl növbəti raket zərbələri nəticəsində ölənlərin sayı artıb.
Raket zərbələri nəticəsində şəhərdə bütöv bir yaşayış kompleksinin dağılması nəticəsində ölən sakinlərin sayı 30-a çatıb.
Son saatlarda xilasedicilərin dağıntılar arasında apardığı axtarışlar nəticəsində növbəti həlak olan sakinlərin nəşi aşkarlanıb.
Bildirilib ki, dağıntılar arasında axtarışlar davam edir və ölənlərin sayının artacağı istisna deyil.
Report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31