NASA kainatın ən uzaq görüntüsünü paylaşdı - FOTO

Amerikanın Aeronavtika və Kosmos Agentliyinin (NASA) Ceyms Vebb kosmik teleskopu kainatın indiyə qədər əldə edilmiş ən uzaq fotosunu paylaşıb. 
 

Olaylar.az bildirir ki, Sfera.az BBC-yə istinadən verdiyi xəbərə görə, teleskop Yer kürəsindən təxminən 1.5 milyon kilometr uzaqda bu görüntüləri əldə edib. 

NASA-nın Avropa və Kanada kosmik agentlikləri ilə birgə hazırladığı Vebb bu günə qədər düzəldilmiş ən güclü və böyük teleskop hesab edilən Habbl teleskopunun xələfi hesab edilir. 
 

6 illik hazırlıq dönəmindən sonra yayılan bu rəngli fotolar gələcəkdəki elmi araşdırmaların başlanğıcını təmsil edəcək. 
 

Bildirilir ki, teleskop gözləniləndən daha yaxşı performans nümayiş etdirib. 

Teleskopun əldə etdiyi görüntülər ABŞ prezidenti Co Baydenə də nümayiş etdirilib.

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31