Nyu-Yorkun mərkəzində 500 cütlük evləndi
12 İyul 2022 10:28 DünyaNyu-Yorkun mərkəzində 500 cütlük üçün kütləvi toy keçirilib.
Olaylar.az Oxu.az-a istinadən xəbər verir ki, "gazeta.ru"-nun məlumatına görə, burada koronavirus pandemiyası ilə toy planları pozulmuş insanlar münasibətlərini rəsmiləşdiriblər.
"Celebrating Love: (Re) Marriage" adlı tədbir Linkoln Mərkəzində keçirilib.
Mərkəzin saytında bu gün "toyları ləğv edilənlər, həm tərəfdaşına, həm də şəhərə sevgilərini təsdiqləmək istəyən insanlar üçün xüsusi bir gün" adlandırılıb.
Nyu-York meri Erik Adams cütlüklərə müraciət edib. Bayram şənliyi çərçivəsində müxtəlif dinlərin nümayəndələri üçün mərasim keçirilib. Daha sonra canlı musiqi sədaları altında rəqslər başlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31