Zelenski və Niderlandın Baş naziri Mark Rutte arasında görüş olub
11 İyul 2022 21:53 DünyaUkrayna Prezidenti Vladimir Zelenski Kiyevə səfər edən Niderlandın Baş naziri Mark Rutte ilə görüşüb.
Olaylar.az axar.az-a istinadən bildirir ki, görüşdə ərzaq təhlükəsizliyi, enerji, hərbi yardım, Rusiya Federasiyasına qarşı sanksiyalar və Ukraynanın müharibədən sonra bərpası məsələləri müzakirə edilib.
M.Rutte Ukraynaya işgüzar səfər çərçivəsində müharibə dönəmində ən çox dağıntıya məruz qalan Buça, İrpen və Borodyankada olub.
Qeyd edək ki, Niderland Ukraynaya dəyəri 170 milyon avrodan çox yeni hərbi yardım paketi köçürüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31