Pakistanda güclü yağış və tufan nəticəsində ölənlərin sayı artdı
11 İyul 2022 20:18 DünyaPakistanın Kəraçi şəhərində güclü yağış və tufan nəticəsində 5 nəfər ölüb.
Olaylar.az xəbər verir ki, bu haqda Ekologiya və İqlim Dəyişiklikləri Nazirliyi məlumat verib.
Bildirilib ki, Pakistanda bu il musson yağışları keçən illə müqayisədə 87 faiz artıb.
İyunun 1-dən fasilələrlə davam edən güclü yağışlar nəticəsində şəhərdə ölənlərin sayı 115-ə yüksəlib.
Sosial mediada əks olunan görüntülərdə bəzi yerlərdə suyun səviyyəsinin nəqliyyat vasitələrinin üzərindən qalxdığı, bəzi insanların isə şişmə qayıqlarla yoluna davam etməyə çalışdığı görülüb.
qafqazinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31