Vladimir Putin və Türkiyə Prezidenti arasında görüş keçirilməsi planlaşdırılır
11 İyul 2022 19:18 DünyaRusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüşün yaxın zamanda keçirilməsi planlaşdırılır.
Olaylar.az xəbər verir ki, bu barədə iki liderin telefon danışıqlarının yekunları üzrə Kremlin mətbuat xidmətindən bildiriblər.
"Yaxın zamanda keçirilməsi planlaşdırılan yüksək səviyyəli Rusiya-Türkiyə görüşü ərəfəsində liderlər qarşılıqlı maraq doğuran bir sıra məsələləri nəzərdən keçiriblər", - deyə Kremlin açıqlamasında deyilir.
Xatırladaq ki, bu gün Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31