Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığı olub
11 İyul 2022 18:47 DünyaQara dəniz bölgəsində taxıl ixracı üçün təhlükəsiz dəhliz planı üzərində hərəkət etməyin vaxtıdır.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan bu gün Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı deyib.
Telefon danışığı zamanı Suriyadakı vəziyyət, Ukrayna-Rusiya müharibəsi və Qara dənizdə taxıl ixracı üçün təhlükəsiz dəhlizlərin yaradılması müzakirə edilib.
Suriyada transsərhəd mexanizminin genişləndirilməsinə önəm verdiyini vurğulayan Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Qara dənizdə taxıl ixracı üçün təhlükəsiz dəhlizlər yaratmaq planı ilə bağlı hərəkətə keçməyin vaxtının çatdığını bildirib.
Ukrayna ilə Rusiya arasındakı müharibənin davamlı və ədalətli sülhlə, danışıqlar yolu ilə sona çatması lazım olduğunu təkrarlayan prezident Ərdoğan Türkiyə olaraq danışıqlar prosesinin canlandırılmasına hər cür töhfə verməyə hazır olduqlarını bildirib.