Müharibə zamanı Ukraynada 124 cinsi zorakılıq hadisəsi qeydə alınıb - BMT
11 İyul 2022 11:40 DünyaBirləşmiş Millətlər Təşkilatı (BMT) Rusiya-Ukrayna müharibəsi zamanı cinsi zorakılıqla bağlı açıqlama verib.
Olaylar.az bildirir ki, bu barədə BMT Baş katibinin xüsusi nümayəndəsi Pramila Patten çıxış edib. "Müharibə zamanı Ukraynada 124 cinsi zorakılıq hadisəsi qeydə alınıb. Mövcud məlumatlar aysberqin yalnız görünən hissəsidir", deyə qurum rəsmisi bildirib.
Ukrayna isə daha əvvəl Rusiyanın sözügedən savaş zamanı 22 500-dən çox müharibə və təcavüz cinayəti törətdiyini vurğulayıb.
SferaAz
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31