Meksikada silahlı hücumda 7 nəfər ölüb
11 İyul 2022 10:34 DünyaMeksikanın Quanaxuato ştatında ev qonaqlığında baş verən silahlı hücumda 7 nəfər ölüb, 7 nəfər isə yaralanıb.
Olaylar.az Oxu.az-a istinadən bildirir ki, "TASS"-ın məlumatına görə, ştatın Leon şəhərində baş verən olayda həlak olanlar arasında 17 yaşlı yeniyetmə də var.
Eyni zamanda 14 yaşlı uşağa 5 güllənin tuş gəlməsinə baxmayaraq, o sağ qala bilib və xəstəxanaya qaldırılıb.
Bildirilib ki, insidenti hadisə yerinə motosikletlə gələn cinayət qrupunun törətdiyi ehtimal edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31