Nigeriyada qayıq aşıb, 17 nəfər ölüb

Olaylar.az Oxu.az-a istinadən xəbər verir ki, "TASS"-ın məlumatına görə, bu barədə ölkənin Fövqəladə Hallar üzrə Milli Agentliyinin nümayəndəsi İbrahim Farinloy bildirib.

"Axtarış işləri başa çatıb, sudan 17 nəfərin meyiti çıxarılıb", - agentlik nümayəndəsi vurğulayıb.

Xatırladaq ki, hadisə iyulun 8-də ölkənin Laqos ştatında baş verib. Ötən gün yerli orqanlar dörd nəfərin öldüyünü bildirmişdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31