Zelenski daha 4 ölkədəki səfiri vəzifəsindən azad etdi - YENİLƏNİB

Olaylar.az bildirir ki, Zelenski daha 4 ölkədəki səfiri vəzifəsindən azad edib.

Ukraynanın Macarıstan, Çexiya, Norveç və Hindistandakı səfirləri tutduqları vəzifədən azad olunublar.

Bu barədə Volodimir Zelenski sərəncam imzalayıb.

***

Ukraynanın Almaniyadakı səfiri Andriy Melnik tutduğu vəzifədən azad edilib.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski fərman imzalayıb.

Qeyd edək ki, Andrey Melnikin 47 yaşı var. O, 2014-cü ildən Ukraynanın Almaniyadakı səfiridir.

oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31