Xorvatiyanın kurort şəhərində yanğın baş verib - VİDEO

Xorvatiyanın kurort şəhəri Pulada güclü yanğın baş verib, şəhərin əksər hissəsi elektrik enerjisiz qalıb.

Olaylar.az bildirir ki, bu barədə "Jutarnji List" məlumat verib.

Yanğın bu gün günorta radələrində başlayıb. Əvvəlcə ot örtüyü və alçaq bitki örtüyü yanıb, lakin sonra yanğın evləri bürüyüb və yerli sakinlər təxliyə edilməsi zərurəti yaranıb.

Yanğınsöndürənlər və şəhər sakinləri irimiqyaslı yanğınla mübarizə aparırlar. Artıq kömək üçün Zadardan yanğınsöndürən təyyarələr cəlb olunub.

Hazırda bir neçə ev, əsasən kotteclər, bir neçə avtomobil yanıb.

Pula şəhəri tüstüyə bürünüb, bəzi məhəllələr işıqsız qalıb. Yolların bir hissəsi bağlanıb, evləri yanğına ən yaxın olan sakinlər isə alovdan qorunmaq üçün həyətlərinə su tökürlər.

oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31