“Məni dəstəkləməyə söz vermiş həmkarlarıma öz təşəkkürümü bildirirəm” - Böyük Britaniyanın müdafiə naziri

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Mühafizəkarlar Partiyasının və hökumətin sədrliyi uğrunda mübarizəyə qoşulmayacaq.

Olaylar.az bildirir ki, bu barədə britaniyalı nazir "Twitter" hesabında bildirib.

O, ailəsi və həmkarları ilə aparılan müzakirələrdən sonra müvafiq qərar qəbul etdiyini vurğulayıb.
"Məni dəstəkləməyə söz vermiş bütün həmkarlarıma və digərlərinə öz təşəkkürümü bildirirəm", - deyə nazir qeyd edib.

Xatırladaq ki, Boris Consonun istefa açıqlamasından sonra bir çox ekspertlər tərəfindən məhz Ben Uolles baş nazir postuna əsas namizəd olaraq göstərilirdi.

oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31