"ABŞ Çinin dövlət sistemini dəyişməyə çalışmır" - ABŞ dövlət katibi

ABŞ Çinlə yeni soyuq müharibəyə başlamaq niyyətində deyil.

Olaylar.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Çinin xarici işlər naziri Van Yi ilə görüşü zamanı deyib.

"Amerika tərəfi Çinlə yeni soyuq müharibəyə can atmır, Çinin dövlət sistemini dəyişməyə çalışmır, eyni zamanda ÇKP-yə və onun siyasi roluna etiraz etməyəcək", - bəyanatda deyilir.

Qeyd edək ki, bundan əvvəl Vanq Yi ABŞ hakimiyyətindən Çinə böhtan atmağı dayandırmağı və Çin şirkətlərinə qarşı birtərəfli sanksiyaları ləğv etməyi tələb etmişdi.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31