"Azərbaycan qazının nəqli Rusiyanın inhisarçılığına son qoyacaq" - Bolqarıstanın baş naziri

Olaylar.az oxu.az-a istinadən bildirir ki, Bolqarıstanın baş naziri Kiril Petkov bəyan edib ki, Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) açılması və Azərbaycan qazının onun vasitəsilə nəqli Rusiyanın inhisarçılığına son qoyacaq.

Onun sözlərinə görə, Yunanıstanın Komotini şəhərində IGB-nin açılışı tarixi gündür.

"Bu, enerji müstəqilliyinə nail olmağın rəmzidir. İnterkonnektor işə başlayır. Mən qürur duyuram ki, hökumətə rəhbərlik etdiyim cəmi altı ay ərzində bu iş tamamlandı", - deyə Petkov bildirib.

O, həmçinin Yunanıstanın baş naziri Kriakos Mitsotakisə təşəkkür edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31