"Ukrayna Silahlı Qüvvələri düşmənin 16 mövqeyini məhv edib" - Podolyak

Rusiya ilə müharibədə artıq müəyyən dönüş başlayıb. Təkcə son bir həftə ərzində Ukrayna Silahlı Qüvvələri Rusiyanın kazarmaları və sursat anbarları ilə birlikdə düşmənin 16 mövqeyini məhv edib.

Olaylar.az bildirir ki, bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak məlumat verib.

O, rusiyalı hərbçilərin kütləvi halda ruhdan düşdüklərini deyib.

"Uzaqmənzilli silah və artilleriya pariteti bizə Ukrayna ərazilərini effektiv şəkildə blokadadan çıxarmağa imkan verəcək", - deyə Podolyak əlavə edib.

oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31