G20 ölkələri birgə bəyanatı razılaşdıra bilməyiblər
8 İyul 2022 20:05 DünyaOlaylar.az bildirir ki, Böyük İyirmilik (G20) ölkələrinin xarici işlər nazirləri İndoneziyanın Bali adasındakı görüşün yekunlarına dair birgə bəyanatı razılaşdıra bilməyiblər.
Onların arasında başlıca fikir ayrılığı Ukrayna ətrafındakı vəziyyətlə bağlı olub. Görüş iştirakçıları Ukraynadakı münaqişə və böhranla müşayiət olunan hadisələrin nəticələrinin aradan qaldırılması ilə əlaqədar ortaq məxrəcə gələ bilməyiblər.
Həmçinin, görüş iştirakçılarının ənənəvi qrup şəkli də çəkilməyib.
Qeyd edək ki, Balidə G20 ölkələrinin xarici siyasət idarələri rəhbərlərinin görüşü iyulun 7-8-də keçirilib.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31