Qasırğanın təsiri ilə səma yaşıl rəngə büründü

ABŞ-ın Cənubi Dakota ştatının Sioux Falls şəhərində "derecho" qasırğasının təsiri ilə səma yaşıl rəngə bürünüb.

Olaylar.az xəbər verir ki, səmanın rənginin dəyişməsi yerli sakinlərin heyrətinə səbəb olub.
Mütəxəssislər səmanın yaşıl rəngə bürünməsinin əsas səbəbini isə tam açıqlaya bilməyiblər. İlkin olaraq bildirilib ki, əsas səbəb buludların çox su daşıdıqları üçün mavi işıq saçmağa meyilli olmasıdır. Mavi işıq isə gün batandan sonra qırmızı və sarı işıqla birləşdiyi zaman səma yaşıl rəngə çevrilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31