Peskov Rusiyanın enerji resurslarından siyasi məqsədlər üçün istifadə etməsini təkzib edib
8 İyul 2022 16:08 DünyaOlaylar.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün keçirdiyi brifinqdə bildirib ki, Moskva qaz və neftdən siyasi təzyiq silahı kimi istifadə etdiyinə dair hər hansı iddianı rədd edir.
"Biz Rusiya tərəfinin qaz və ya neftdən siyasi təzyiq silahı kimi istifadə etdiyinə dair hər hansı eyhamları və ya birbaşa bəyanatları tamamilə rədd edirik. Bu doğru deyil. Rusiya ardıcıl olaraq bütün öhdəliklərini yerinə yetirir. Rusiya hələ də Avropanın tam enerji təhlükəsizliyinə zəmanət vermək iqtidarındadır", - deyə, Peskov jurnalistlərə bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31