Avro 2002-ci ildən bəri ilk dəfə 1,01 dollardan aşağı düşüb

Avronun dollara nisbətdə məzənnəsi 20 il əvvəlki səviyyəyə düşüb. 

Olaylar.az xəbər verir ki, bu Moskva birjasında ticarət məlumatlarında əks olunub.
Beləliklə, avronun məzənnəsi 2002-ci ilin dekabrından bəri ilk dəfə dollara nisbətdə 1,01-dən aşağı düşüb. 

Avronun ABŞ valyutasına nisbətdə məzənnəsi əvvəlki bağlanış səviyyəsi olan 1,0159 səviyyəsindən 1,0081 dollara kimi ucuzlaşır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31