Avtomobildə 3 nəfərin cəsədi tapıldı

Meksikanın Xalisko əyalətində bir avtomobildə ikisi polis olmaqla 3 nəfərin cəsədi tapılıb.

Olaylar.az xəbər verir ki, əyalətin Mazamitla şəhərində içərisində 3 nəfərin olduğu tərk edilmiş avtomobil tapılıb. Bildirilib ki, ölənlərin ikisi bir müddət əvvəl yoxa çıxan 2 polis işçisidir. Hadisə ilə bağlı istintaq başladılıb.
Polislərin əyalətin Montozo şəhərində patrul xidməti zamanı mütəşəkkil cinayətkar qruplar tərəfindən qaçırıldığı təxmin edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31