Rusiya Ukraynanı “İsgəndər” ilə vurub
8 İyul 2022 11:39 DünyaRusiya Silahlı Qüvvələri "İsgəndər" tipli raketlə Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərinə zərbə endirib.
Olaylar.az xəbər verir ki, bu barədə vilayətin hərbi administrasiyasının başçısı Pavel Kirilenko bildirib.
Onun sözlərinə görə, raket zərbələri nəticəsində bir nəfər həlak olub, 6 nəfər yaralanıb:
"Bu zərbə şəhərin mərkəzinə endirilib. Əvvəlcə bu, aviasiya bombasına bənzəsə də, mütəxəssislər bunun "İsgəndər" tipli raket olduğunu bildiriblər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31